Vəliyev Teymur Süleyman oğlu – (doğulub 15.01.1926 Ağdam rayonu – vəfat edib 3.04.2002), görkəmli Azərbaycan iqtisadçısı, AMEA-nın müxbir üzvü (1983), əməkdar elm xadimi (1981), 1947-1951-ci illərdə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. Respublikada iqtisadiyyat üzrə doktorluq dissertasiyası müdafiə edən (1966) ikinci adını almışdır. 1966-1971-ci illərdə D.Bünyadzadənin Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun tədris işləri üzrə prorektoru, 1971-1992-ci illərdə ADU-nun siyasi iqtisad kafedrasının müdiri, 1977-1989-cu illər universitetin tədris işləri üzrə prorektoru, 1992-2000-ci illərdə yenidən Azərbaycan İqtisda Universitetinin elmi işlər üzrə prorektoru vəzifələrind çalışmış, 2000-2002-ci illərdə BDU-nun İqtisadiyyat kafedrasının professoru kimi fəaliyyət göstərmişdir. 350 çap vərəqindəqn çox olan 200-ə qədər elmi əsərin müəllifi olmuşdur. Onun elmi rəhbərliyi ilə 20 nəfərdən çox elmlər doktoru və namizədt dissertasiya müdafiə etmişdir. Azərbaycan Siyasi İqtisda (iqtisadi nəzəriyyə) elmi məktəbinə uzun müddət rəhbərlik etmişdir. “Sovet respublikasının iqtisadi inkişaf səviyyələrinin tarazlaşması qanunauyğunluqları (B., 1969, 350 s.), “Sosialist ictimai ərazi əmək bölgüsü (B., 1976, 136 s.), “Yetkin sosializm iqtisadiyyatının dinamik inkişafı” (B., 1983, 176 s.), “Azərbaycan iqtisadi fikir tarixi” (B., 1996, 223 s.), “İqtisad elminin nəzəri əsaslarının tarixi təkamülü” (B., 199, 284 s.), “İnfrastrukturlar: mahiyyətti, təsnifatı və əhəmiyyəti (B., 2000, 169 s.) fundamental monoqrafiyalarını yazışdır. İqtisadi inkişaf səviyyələrinin tarazlaşmış qanunauyğunluqlarını aşkar etməklə bunları ədalətin, humanizmin əlaməti kimi xarakterizə etmişdir. Onun əmək bölgüsü haqqında mülahizələri sosializmin və bazar, sosializm və əmtəə-pul münasibətləri kimi o dövrün aktual məsələlərinə aydınlıq gətirir. İqtisad elminin yeni prinsiplər və tələblər səviyyəsində inkişafının ilk təşəbbüslərindən biridir. Çoxsaylı dərsliklərin, o cümlədən Azərbaycanda ilk iqtisadi nəzəriyyə dərsliyinin (1995) redaktoru və müəlliflərindən biri olmuşdur. Uzun müddət bir sıra iqtisadi jurnalların, o cümlədən mötəbər “Экономические науки” jurnalının redaksiya heyətinin (1972-1987) üzvü olmuşdur. |