AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

Nuriyev Əli Xudu oğlu

Nuriyev Əli Xudu oğlu – (doğulub 26.06.1939-cu ildə Füzuli rayonunun Horadiz kəndi), tanınmış Azərbaycan iqtisadçısı, AMEA-nın müxbir üzvü (2001). 1958-ci ildə müvəffəqiyyətlə imtahan verərək Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş və 1963-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Ə.Nuriyev 1966-cı ildə Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olmuş, 1969-cu ildə professor A. Nadirovun rəhbərliyilə “Aşağı Kür-Araz sənaye kompleksində onun gələcək inkişaf yolları” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almış və öz eimi istiqamətini birdəfəlik müəyyənləşdirmişdir. 1977-ci ildə ona böyük elmi işçi adı verilmişdir. 1991-ci ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunun ixtisaslaşdırılmış Ali Şurasının geniş iclasında “Yeni təsərrüfatçılıq şəraitində müttəfiq respublikanın xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşdirilməsi” (Azərbaycan Respublikasının timsalında) mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır. Ə.X.Nuriyev geniş profilli iqtisadçı alimdir. O, yüzə yaxın əsər, o cümlədən 11 monoqrafiya və kitabça yazıb nəşr etdirmişdir. Onun elmi fəaliyyəti və əsərləri özünün çoxcəhətliliyi, orijinallığı və bir qayda olaraq dövrün aktual problemlərinə həsr olunması ilə səciyyələnir.

Ə.X.Nuriyev İqtisadiyyat İnstitutu elmi şurasının, doktorluq və namizədlik dissertasiyaları müdafiə şuralarının üzvüdür. O hələ Naxçıvan Elm mərkəzində işləyərkən ictimai elm sahələrinin inkişafına, bu sahədə kadrların seçilməsi və hazırlanmasına xeyli qüvvə sərf etmişdir, bilavasitə onun rəhbərliyi ilə 4 iqtisad elmləri namizədi hazırlanmışdır, 8 aspirant və dissertant müvəffəqiyyətlə dissertasiya üzərində işləyir.1971-ci ildən başlayaraq dəfələrlə namizədlik və doktorluq dissertasiyalarına rəsmi opponent olmuşdur.

Ə.X.Nuriyev 40 ilə yaxındır ki, elmi yaradıcılığını pedaqoji fəaliyyətlə sıx əlaqələndirir. 1964-cü ildən 1970-ci illərin axırlarınadək Azərbaycanın müxtəlif ali məktəblərində siyasi iqtisad fənnindən mühazirələr oxumuşdur. Son 18 ildə Sumqayıt şəhərində Azərbaycan Sənaye İnstitutunda, Sumqayıt Dövlət Universitetində iqtisadi fənləri yüksək səviyyədə tədris edir. Hazırda İdarəçilik Akademiyasında çalışır.

Hadisələr
16.07.2020

Qlobal pandemik çağırışlar və davamlı inkişaf

daha ətraflı...
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır