AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

Ana səhifə
Azərbaycan İqtisadçılar İttifaqı 30 iyun 1992-ci il tarixindən fəaliyyət göstərir.
 
Azərbaycan İqtisadçılar İttifaqının sədri:
Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədri Akademik Səmədzadə Ziyad Əliabbas oğlu, Aİİ-nin sədri
 
Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini: İqtisad elmləri üzrə fəlsəfə doktoru Elşad Səmədzadə
 
Təşkilatın məramı sosialyönümlü bazar iqtisadiyyatınnı yaradılması ilə bağlı islahatların həyata keçirilməsi üçün onun milli maraqlara uyğun şəkildə ictimaiyyətin səylərini birləşdirmək və onu qlobal iqtisadiyyata qovuşdurmaqdan ibarətdir.
Aİİ Birləşmiş Millətlər Təşkilatının iqtisadi müşaviri olan Bİİ-nin üzvüdür. Aİİ-nin sədri i.e.d., akademik Z.Səmədzadə Bİİ-nin vitse-prezidentidir.
 
Sosial-iqtisadi problemlər üzrə Elmi Şura yaradılması barədə məsələ Dövlət Elm və Texnika Komitəsi qarşısında qaldırılmış, Dövlət Komitəsi bu məsələ barədə müsbət qərar qəbul etmişdir. Akademik Z.Səmədzadənin başçılıq etdiyi bu Elmi Şura İqtisadçılar İttifaqının, elmi müəssisələrin və ali məktəblərin, iqtisadi orqanların, bir sıra sahə nazirliklərinin və müvafiq idarələrin nümayəndələri ilə birlikdə elmi tədqiqat işlərinin tematikasını yenidən nəzərdən keçirmişdir. 
 
1996-cı ildə Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin sifarişinə əsasən «Azərbaycanın elmi kadrları. Məlumat bankı» adlı işdə elmi və elmi-pedaqoji kadrlar hazırlanması siyasətini müəyyənləşdirmək üçün Azərbaycan elminin kadr potensialı hərtərəfli xarakterizə edilmişdir. Nəticələr Aİİ, AMEA İqtisadiyyat İnstitutu və İqtisadi İslahatlar Mərkəzi tərəfindən təşkil edilmiş konfrans və seminarlarda məruzə edilmişdir.
 
İqtisadçılar İttifaqının üzvləri «Azərkimya» dövlət şirkətinin müəssisələrində struktur dəyişikliklərinin həyata keçirilməsi barədə, eləcə də torpaq və su ehtiyatlarından, sənaye müəssisələrinin tullantılarından istifadə edilməsinin iqtisadi səmərəsini qiymətləndirməyin elmi əsasları barədə öz tövsiyə və təkliflərini təqdim etmişlər. 
 
«Milli iqtisadiyyatın formalaşması» və «Daxili bazarın qorunması problemləri» mövzusunda müzakirələr aparılmışdır.
daha ətraflı
Hadisələr
 
daha ətraflı
Hadisələr
16.07.2020

Qlobal pandemik çağırışlar və davamlı inkişaf

daha ətraflı...
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır